Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi
“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror təqsirləndirilən beş nəfərin ayrı-ayrılıqda “Tərtər işi” cinayətindən təqsirli bilinmələrini- Fuad Ağayevin 15 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun 13 il, Fuad Axundovun 11 il, Ramil Əhmədovun isə 10 il azadlıqdan məhrum edilməsini tələb edib.
F.Ağayev, C.Ağadadaşov və Q.Cümşüdov əvvəldən başqa işə görə məhkum edilmişdilər. İttihamçının cəza tələbində müttəhimlərin əvvəlki cəzaları da birləşdirilib.
“Tərtər işi” üzrə yenilənmiş istintaqla həbs edilənlərdən bu günə kimi ən ağır cəza Fuad Ağayevə tələb edilib. Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.
Hakim müdafiəçilərə çıxışa hazırlanmaları üçün vaxt verib.
Qeyd edək ki, “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır.
Sail Ağasəlim






















































