Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Bugün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

23 Eyl 07:20Manşet / Siyasət

YAP-ın bu posta namizədi Sahibə Qafarovadır

 

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

S.Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.