Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkəmizdə kibertəhlükəsizlik sahəsində ciddi tədbirlərin görülməsi, bu sahədə maarifləndirmə işinin aparılması qarşıda duran mühüm vəzifəl
Azərbaycanda kibercinayətkarlıqla mübarizə sahəsində qanunvericilikdə çox ciddi islahatlar aparılır.
Son zamanlar hökumət kibercinayətkarlıqla bağlı sahəyə diqqəti artırıb. Ötən il Prezident fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində işləri koordinasiya etmək üçün Dövlət Komissiyası, kordinasiyaedici strukturlar yaradılıb. Burada Kibercinayətkarlıqla bağlı da məqamlar yer alıb. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən kibercinayətkarlıqla mübarizə sahəsində konseptual sənəd layihəsi hazırlanıb və hökumətə təqdim edilib.
Azərbaycan prezidentinin bununla bağlı fərmanı ölkəmizdə kiber sahədə cinayətkarlığa qarşı mübarizədə xeyli irəliləyiş və dönüş yaradacaq. “Son zamanlar kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı DTX da əlavə xeyli səlahiyyətlər əldə edib. DTX-nın qeyd olunan sahədə rolu gücləndiriləcək, milli təhlükəsizlik mahiyyəti daşımayan kibercinayətlər sahəsində səlahiyyətləri məhdudlaşdırılacaq. Bu tip işlərin hamısı DİN-ə veriləcək., DİN-nin bütün rayon və şəhər şöbələrində kibercinayətkarlıqla bağlı strukturlar formalaşdırılacaq. Bu addımlar isə regionlarda da bu tip cinayətlərin qarşısının zamanında alınmasında mühüm rol oynayacaq. Düşünürəm ki, bu istiqamətdə kadr hazırlağına, beynəlxalq təcrübənin mənimsənilməsinə diqqəti artırmaq çox vacibdir. Universitetlərdə, xüsusilə də Polis Akademiyasında, DTX-nın Heydər Əliyev adına Akademiyasında kibercinayətkarlıqla bağlı ixtisaslı kadrların hazırlığını daha da gücləndirmək lazımdır. Beləliklə, hazırda ölkəmizdə kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərlə DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, RİNN-nin Elektron Təhlükəsizlik Xidməti və DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məşğul olacaq”,
Azərbaycan 2009-cu ildən Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşulmuşdur. Eyni zamanda, ölkəmizdə kibercinayətkarlıqla mübarizə sahəsində qanunvericilikdə çox ciddi islahatlar aparılmış, Cinayət Məcəlləsinə müvafiq maddələr əlavə olunmuşdur. Ölkəmizdə bu sahədə tədbirlər davam etdirilməkdədir.
Yeniliklər kibercinayətkarlığa qarşı mübarizədə sistematik yanaşma təmin edəcək. Bu strategiya, dövlət qurumları arasında əməkdaşlığın artırılması, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması, kibertəhlükələrin aşkar edilməsi və qarşısının alınması üçün resursların bölüşdürülməsi kimi aspektləri əhatə etməlidir. Eyni zamanda, bu strategiya vətəndaşların kiber təhlükəsizlik sahəsində məlumatlandırılmasını da özündə birləşdirməlidir”.
ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ
BEYNƏLXALQ HÜQUQ EKSPERTİ
İSMAYIL ZALOV






















































