Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Türkiyədə 69 nəfərin öldüyü binanı tikənlərə ağır cəza verildi

Türkiyədə ötən ilin fevralında baş vermiş güclü zəlzələdə uçan bəzi binaları inşa etmiş şəxslərin məhkəmə prosesləri davam edir.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kahramanmaraşda 69 nəfərin həyatını itirdiyi “Güneşli Kocabaş” yaşayış kompleksini tikmiş iş icraçılarına ötən gün hökm oxunub.
Kahramanmaraş 2-ci Cəza Məhkəməsinin hökmü ilə ittiham edilən 9 nəfərdən 8-nə 12 il 2 ay 20 gündən 14 il 5 ay 10 gün müddət aralığında həbs cəzası verilib.
Bildirilib ki, zəlzələ vaxtı binanın 7-ci bloku tamamilə çöküb. Araşdırmalar zamanı tikinti standartlarının pozulması məlum olub.
Qeyd edək ki, Türkiyənin cənub-şərqini əhatə edən güclü zəlzələ 50 minə yaxın insanın həyatını itirməsinə səbəb olub.























































