“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Təslim olan 9 ukraynalı əsgər güllələnib?

“Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilayətinin Suca rayonunun Zeylyonı Şlyax kəndi ərazisində təslim olan doqquz ukraynalı əsgəri güllələyib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı mənbəyə istinadən bildirib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin dron operatorları arxa cəbhədə olduqlarına inanaraq mövqe tutsalar da, rus qırıcıları ilə döyüşə getməyə məcbur olublar. Ukraynalıların döyüş sursatı tükəndikdə təslim olublar və sonra güllələniblər. Bunun ardınca Ukrayna əsgərlərinin cəsədlərini əks etdirdiyi iddia edilən aeroşəkillər dərc edilib.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Ukrayna Silahlı Qüvvələri tərəfindən hərbi əsirlərin mümkün edamını “Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyası”nın kobud şəkildə pozulması adlandırıb. Bildirib ki, hadisə ilə bağlı BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məktublar göndərilib.
“Bu hərəkətlər cəzasız qalmamalıdır və düşmən bütün məsuliyyəti öz üzərinə götürməlidir”, - Ukrayna ombudsmanı teleqram kanalında yazıb.






















































