“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Fransa Ukraynaya vəd etdiyi yardımı verə bilməyəcək

“Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək, lakin fevralda Paris və Kiyev arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində nəzərdə tutulan 3 milyard avroya çatmayacaq”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Milli Assambleyanın (parlamentin aşağı palatası) müdafiə komissiyasında dinləmələr zamanı deyib.
“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya qədər arta biləcəyinə dair siyasi qərar verilsə də, reallıqda bu, 2 milyard avronu keçəcək, lakin 3 milyard avroya çatmayacaq”, - deyə o bildirib.
Nazir əlavə edib ki, Kiyevə dəstəyin artırılması digər məsələlərlə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi hesabına təmin ediləcək.
Qeyd edək ki, fevralın 16-da Fransa və Ukrayna Prezidentləri Emmanuel Makron və Volodimir Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. Bu sazişin bir hissəsi olaraq Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb.






















































