Menu
Xəbər Lenti
Güclü külək əsir
Bugün, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
Bugün, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

15 Ekm 07:49Manşet / Siyasət

“Ermənistanın bu təklifi reallıqdan tamamilə kənardır”

 

“Hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.

Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.