Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Ançelotti Arda ilə bağlı iddialara son qoydu

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Atalanta”ya qarşı keçirəcəkləri oyundan əvvəl Arda Gülər və onun klubdakı karyerası barədə açıqlama verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis Ardanın və Endrikin komandada qalacağını bildirib.
“Həm Endrick, həm də Arda Gülər komandada qalacaq. Heç kimə qarşı qərəzliyim yoxdur. Mən həmişə komanda üçün ən yaxşısını etməyə çalışıram. İstər 18 yaşında olsun, istərsə də 40. Meydana çıxara biləcəyim ən yaxşı komanda ilə hər matçda qalib gəlmək istəyirəm. Gənc futbolçulara səbirli olmaq lazımdır. Onlar bəzi şeylərin zamanla olacağını öyrənməlidirlər”, - Ançelotti deyib.
Qeyd edək ki, mətbuatda Ardanın və Endirikin transferi və icarəyə göndərilməsi ilə bağlı tez-tez məlumatlar yayılır.






















































