Xəbər Lenti
Dün, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
18-09-2026, 15:15
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 18:04
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Kremldən Əsma Əsədin boşanma xəbərlərinə - Cavab

Kreml Suriyanın keçmiş prezidenti Bəşər Əsədin boşanması və onun əmlakının dondurulması, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov məlumatların doğru olmadığını deyib.
Qeyd edək ki, Türkiyə mətbuatı, eləcə də “The Jerusalem Post” qəzeti Bəşər əsədin həyat yoldaşı Əsma Əsədin boşanmaq ərizəsi ilə Moskvada məhkəməyə müraciət etdiyini, Britaniyaya köçüb getmək istəməsi ilə bağlı məlumatlar yayıb.























































