Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Bəşər Əsədin milyardlıq sərvətinin - Siyahısı

Suriya Prezidenti Bəşər Əsədin müxalifətlə son toqquşmalardan sonra ölkəni tərk etməsi barədə sensasiyalı xəbərlər yayılıb. Bəzi xarici medianın məlumatına görə, Əsəd ailəsini Rusiyaya göndərib, özü isə hələlik Suriyada qalır. Uzun illər davam edən vətəndaş müharibəsi və beynəlxalq sanksiyalardan sonra onun böyük sərvətlə birdəfəlik gedəcəyi gözlənilir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu məqamda Əsədin sərvəti barədə məlumatlar yayılıb. Onun ümumi sərvətinin Suriyanın 7 illik dövlət büdcəsinə bərabər olduğu deyilir.
Ailənin Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlakı və bank hesabları var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər.
Əsəd ailəsinin real sərvətinin bir qismi:
- 5 milyard avro;
- 16 milyard dollar;
- 200 ton qızıl;
- Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinq;
- Neft və qazdan gəlirlər (dəqiq məbləğ məlum deyil);
- Suriya və xaricdə (o cümlədən Avropada) daşınmaz əmlak;
- Atası Hafiz Əsəddən qalan miras (dəqiq məbləğ məlum deyil).
Məlumata görə, prezidentin mülkiyyətində “Mercedes-Benz S-Class” (dövlət tərəfindən verilib), “BMW 7” avtomobilləri, Hələb, Dəməşq və Laziqiyyədə saraylar var.























































