Menu
Xəbər Lenti
“Atasının oğlu”
24-12-2024, 11:12

“Atasının oğlu”

Naxçıvanda 7° şaxta var
23-12-2024, 06:41

Naxçıvanda 7° şaxta var

Bayramov Serbiyaya getdi
23-12-2024, 06:29

Bayramov Serbiyaya getdi

Direktor işdən çıxarıldı
22-12-2024, 09:25

Direktor işdən çıxarıldı

26 Ara 08:32Manşet / Gündəm

Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını araşdıracaq

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək.
"Report” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəlib. Ərazidə işlər Azərbaycanın aviasiya hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində aparılır. Təyyarə istehsalçısı "Embraer” və CENIPA (Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar”, - məlumatda qeyd olunub.
Hazırda komissiyanın əməkdaşları fövqəladə hadisə yerindədir və çöl araşdırmaları aparır. Qazaxıstandan olan komissiyaya Nəqliyyat Nazirliyinin, Mülki Aviasiya Komitəsinin və "Kazaeronaviqasiya” respublika dövlət müəssisəsinin nümayəndələri daxil olub. Komissiyaya Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.