Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Yoldaşım üçün çox darıxıram” - Qəzadan sağ çıxan həmyerlimiz

“Təyyarədə yoldaşımla yan-yana oturmuşduq, hadisədən sonra onu görməmişəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında AZAL-ın Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasından sağ çıxan Nurulla Siracov deyib.
“Qazaxıstanda da, Azərbaycanda da bizə çox yaxşı baxırlar, hər iki ölkənin həkimlərindən razı qaldım. Lap yaxşı baxırlar mənə, bundan yaxşısı olmur. Az öncə qızım və yeznəm gəlmişdi. Onlar Bakıdadırlar. Gəlib mənlə görüşüb getdilər. Qalanları ilə də görüşəcəm ya evdə, ya da bura gələrlər. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Ondan sonra mən onu görməmişəm. Onun üçün çox darıxıram”, - Nurulla Siracov qeyd edib.






















































