Xəbər Lenti
12-08-2026, 19:17
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Braziliyada təyyarə hotelə çırpıldı, 10 ölü, 15 yaralı

Braziliyada təyyarə binaya çırpılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Rio-Qrande-du-Sul ştatında baş verib.
Belə ki, Kanela hava limanından havaya qalxıb San-Paulu ştatına istiqamət alan kiçik şəxsi təyyarə bir neçə dəqiqə sonra mağaza və hotellərin yerləşdiyi binaya çırpılıb.
Qəza nəticəsində təyyarədə olan 10 nəfərin öldüyü, hoteldə qalan 15 şəxsin isə yaralandığı bildirilir.
Qeyd edilir ki, təyyarə yerli biznes meneceri Luis Klaudio Salgeyro Qaleaziyə məxsus olub, lakin onun sərnişinlər arasında olub-olmadığı hələlik məlum deyil.























































