Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Juninyo “Qarabağ”a bu sözlərlə vida etdi

“Qarabağ”da olduğum illər həyatımın ən gözəl dövrü idi”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”dan ayrılan Olavio Juninyo videomüraciətində deyib.
Braziliyanın “Flamenqo” klubuna transfer olunan 28 yaşlı hücumçu “Qarabağ” azarkeşlərinə təşəkkür edib:
“Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşin mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. “Qarabağ”da olduğum illər həyatımın ən gözəl anları idi. Bu müddət ərzində çox sevincli anlar yaşadım. Təbii ki, kədərli anlar da oldu.
Amma ürəyim burdan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılır. Hər bir oyun, hər bir fürsətdə mənə göstərdiyiniz diqqət və qayğı üçün sizlərə təşəkkür edirəm. Gələcəkdə “Qarabağ”a yüksək nailiyyətlər arzu edirəm. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaq”.
Qeyd edək ki, 2023-cü ilin yayından “Qarabağ”ın şərəfini qoruyan Juninyo “Flamenqo” ilə 3 illik müqavilə imzalayıb.























































