Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

25 Ock 08:34Manşet / Gündəm

Qazi dağda ov tüfəngindən açılan atəşlə ölübmüş

qazi-dagda-ov-tufenginden-acilan-atesle-olubmus

32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə məşhur Şamil yaylağında ölü tapılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H. Məmmədovun meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. H. Məmmədovun hansı şəraitdə ölməsi məlum deyil.


Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

***

Zaqatala rayon sakini Hüseyn Məmmədovun yüksək dağlıq ərazidə ölməsi ilə bağlı təfərrüatlar bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.