Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
KİV: ABŞ bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək

Amerika lideri Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qadağan etməyi planlaşdırır.
"Report” xəbər verir ki, bu barədə "The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir. Siyahıya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-yə girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adı çəkilir. Bundan başqa, vətəndaşlarının "ABŞ-yə girişi qəti qadağan olunacaq” ölkələrin siyahısına Əfqanıstan da əlavə oluna bilər.
Qırmızı siyahı ilə yanaşı, ölkələrin narıncı siyahısı da təqdim ediləcək. Vətəndaşlarının ABŞ-yə girişi müəyyən viza növləri və daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.























































