Xəbər Lenti
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
"Bu, bizi sülhə yaxınlaşdırmır": Zelenski Trampın xüsusi nümayəndəsini sərt tənqid etdi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu Kremlin narrativlərini sitat gətirdiyinə görə tənqid edib.
Qaynarinfo xəbər verir ki, Ukrayna liderinin Eurovision News-a verdiyi müsahibədə qeyd etdiyinə görə, Uitkoffun Kremlin mövqeyinə uyğun bəyanatları Rusiyaya təzyiqləri zəiflədir və sülhün bərqərar olmasını çətinləşdirir.
"Fikrimcə, Uitkoff Kremlin narrativlərini çox tez-tez sitat gətirir. Düşünürəm ki, bu, bizi sülhə yaxınlaşdırmayacaq. Təəssüf ki, bu, amerikalıların Rusiya Federasiyasına təzyiqini zəiflədəcək. Biz yalnız öz addımlarımızla bu informasiya sahəsini düzəldə bilərik. Buna çalışırıq", – deyə prezident vurğulayıb.
Zelenski həmçinin Ukraynanın ABŞ-dan aydın və qətiyyətli mövqe gözlədiyini bildirib. "Əgər Amerika bu gün ortada qalmaq taktikasını seçibsə, deməli, həqiqətən ortada olmalıdır, Kremlin tərəfinə daha yaxın yox", – deyə əlavə edib.
UNİAN-ın yazdığına görə, Trampın nümayəndəsi Ukraynanın işğal olunmuş ərazilərinin adlarında çaşqınlıq yaradıb. O, Ukraynadakı müharibənin əsas probleminin "dörd bölgə... Donbas, Krım, Luqansk... və daha iki bölgə" olduğunu bildirib.
The Telegraph nəşrində qeyd olunub ki, Uitkoffun ərazilərin adlarını xatırlaya bilməməsi tənqidçilər tərəfindən Tramp administrasiyasının Ukrayna və Rusiya arasındakı danışıqlarda kifayət qədər məlumatlı olmadığına dair sübut kimi qiymətləndirilib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bildirib ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff öz vəzifələrinin öhdəsindən "inanılmaz dərəcədə yaxşı" gəlir.
Alpər























































