Xəbər Lenti
Dün, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 06:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
29 Mrt 08:59Dünya
Volodimir Zelenski Si Cinpini Ukraynada qəbul etməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski ÇXR-in Sədri Si Cinpini Kiyevdə qəbul etməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət başçısı bu barədə Associated Press agentliyinə müsahibəsində deyib. Agentliyin məlumatına görə, Volodimir Zelenski artıq Si Cinpinə səfər üçün dəvət göndərib.
Bir müddət öncə Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podolyak iki lider arasında telefon söhbətinin planlaşdırıldığını, lakin onun təşkilində müəyyən çətinliklərin olduğunu deyib. Ukrayna tərəfi belə vəziyyətin Çinin mövqeyi səbəbindən yarandığını iddia edir.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin isə öz növbəsində Si Cinpinlə Volodimir Zelenski arasında mümkün telefon danışığı barədə hökumətin hələlik hər hansı informasiya təqdim edə bilmədiyini vurğulayıb.