Xəbər Lenti
16-07-2026, 09:53
Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
15-07-2026, 09:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 12:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
“Melissa Group”un rəhbəri ilə bağlı həbs qərarı verildi

Alatavada qanunsuz söküntü işləriilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.
İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.






















































