Xəbər Lenti
Bugün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Paytaxtda 2 qadını maşın vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, E.Qəhrəmanov idarə etdiyi “Vaz” markalı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.
Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.
Oxşar hadisə ötən gecə saat 22 radələrində Xətai rayonunda da qeydə alınıb. Belə ki, Şamxal Şirinov sərxoş halda idarə etdiyi “BMW” markalı avtomobillə Məhəmməd Hadi küçəsində yolu keçən qadını vurub.
Ağır xəsarətlər alan Bahar Əsgərova hadisə yerində vəfat edib.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.























































