Menu
Xəbər Lenti
14 yolda tıxac var - Siyahı
13-04-2026, 09:07

14 yolda tıxac var - Siyahı

YALAN AYAQ TUTAR, YERİMƏZ
11-04-2026, 12:13

YALAN AYAQ TUTAR, YERİMƏZ

Neftimiz yenə ucuzlaşdı
11-04-2026, 10:41

Neftimiz yenə ucuzlaşdı

07 Nis 07:52Manşet / Kriminal

Xaçmazda qadın öldürüldü - Molla əri təslim oldu

xacmazda-qadin-olduruldu

Xaçmazda 45 yaşlı Yaqut Məmmədova​ qətlə yetirilib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, qətldə Xaspoladoba kəndində molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.