Xəbər Lenti
16-07-2026, 09:53
Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
15-07-2026, 09:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 12:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Xaçmazda qadın öldürüldü - Molla əri təslim oldu

Xaçmazda 45 yaşlı Yaqut Məmmədova qətlə yetirilib.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, qətldə Xaspoladoba kəndində molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.
Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.
İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.






















































