Menu
Xəbər Lenti
Tramp tarixə düşdü
Bugün, 09:29

Tramp tarixə düşdü

Allah rəhmət eləsin!
17-04-2025, 18:07

Allah rəhmət eləsin!

Naxçıvanda daha bir təyinat
17-04-2025, 17:04

Naxçıvanda daha bir təyinat

Millimiz Xorvatiyaya qarşı
15-04-2025, 08:07

Millimiz Xorvatiyaya qarşı

Pampers dərdi və bərbər
14-04-2025, 09:50

Pampers dərdi və bərbər

18 Nis 07:42Manşet / Cəmiyyət

Yaşıl bananın sağlamlığımıza faydası

yasil-bananin-saglamligimiza-faydasi

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəngə (bağırsaq xərçəngi) tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “El Espanol” nəşrinə dərc edilib.

Bildirilib ki, yaşıl banan nazik bağırsaqda həzm olunmayan, lakin yoğun bağırsağa keçən və prebiyotik rolunu oynayan xüsusi növ karbohidrat olan nişasta ilə zəngindir.

Bu, bağırsaq mikroflorasını və hüceyrələri iltihabdan və bədxassəli dəyişikliklərdən qoruyan qısa zəncirli yağ turşularının istehsalını normallaşdırmağa kömək edir

Yaşıl banan həmçinin xolesterol səviyyəsini aşağı salmağa, 2-ci tip diabetin inkişafının qarşısını almağa və piylənmə ilə mübarizə aparmağa yardımçı olur.

Yaşıl banan daha az şirindir və yetişmiş sarı bananlardan daha az şəkər ehtiva edir. Buna görə də, şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.

Həmçinin tərkibindəki kalium ürək sağlamlığını dəstəkləyir. Kalium natriumun bədənə təsirini maneə törətməklə qan təzyiqini tənzimləməyə kömək edir ki, bu da infarkt riskinin qarşısını alır.