“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Qatığın bu faydalarını bilirdinizmi?
Qatıq zəngin vitamin və mineral tərkibi, ləzzətli dadı ilə məşhur qidadır.
“Qafqazinfo” xəbər verir ki, qatığın insan sağlamlığına bir çox faydası.
Qatığın ən əsas faydası kalsiumla zəngin olması, sümük sağlamlığını qoruması və osteoporoz riskini azaltmasıdır. Qatıqda zülal, kalsium, fosfor, B1, B2 və B12 vitaminləri var. Bu vitaminə ehtiyacı olanlar gündəlik istifadə edə bilərlər.
Qatıq pis xolesterin və hipertoniyaya səbəb olan ürək-damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
Uşaqların diş sağlamlığı üçün qatıq istehlakı çox əhəmiyyətlidir. İnkişaf yaşında olan uşaqlara mütəmadi olaraq qatıq vermək onların dişlərinin daha sağlam olmasını və ağarmasını təmin edəcək. Həmçinin diş çürüməsinin əmələ gəlməsinin qarşısını alacaq.
Qatıq həzm sisteminin dostudur. Araşdırmalara görə, qatıqdakı zülallar süd zülallarından daha asan həzm olunur. Alimlərin fikrincə, qatığın bədəndə olan zərərli maddələrin ifraz edilməsində əhəmiyyətli rolu var.
Tərkibindəki probiyotiklər sayəsində qatıq orqanizmin polen və digər allergenlərə qarşı reaksiyasını azaldır.
Bu qida ishal, qarın ağrıları, qəbizlik kimi problemlərini aradan qaldırır.
Tədqiqatlar göstərir ki, qatıqdan müntəzəm istifadə etdikdə xərçəng riskini minimuma endirmiş olursunuz. Xüsusilə kolon xərçənginə qarşı qoruyucu təsir göstərir.
Zəhərlənmə zamanı qatıq Cu və Fe kimi maddələrlə birləşərək bu maddələrin qana keçməsinin qarşısını alır. Buna görə zəhərlənməni dayandırmaq üçün zəhərlənən şəxsə qatıq verilir.
Bundan başqa qatıq dərini nəmləndirir, qocalmanın təsirini azaldır. Hüceyrələri bərpa etmək gücünə malikdir. Dəridən ölü hüceyrələri çıxarmağa kömək edir.
Qatığın müntəzəm istehlakı tərkibindəki maddələrə görə saç sağlamlığına da fayda verir. Qatığın tərkibində olan B5 vitamini saç sağlamlığı üçün çox vacibdir.
Qatıq uzun müddət toxluq hissi verən proteinlə zəngin qidadır. Buna görə arıqlamaq istəyənlər üçün faydalı hesab olunur.
Beləliklə qatıq:
1. Sümükləri gücləndirərək osteoporoz riskini azaldır.
2. Bağırsaq mikrobiomunu tarazlaşdırmağa kömək edir.
3. Faydalı mədə bakteriyalarını qidalandırır, həzmi yaxşılaşdırır.
4. Şişkinliyi azaldır.
5. Həzm sisteminin sağlamlığını dəstəkləyir.
6. Toxluq hissi yaradır
7. Zülalla zəngindir.
8. 2 tip diabetin qarşısının alınmasında rol oynayır.
9. Xərçəngdən qoruyur.
10. Diş sağlamlığı üçün əhəmiyyətlidir.