Menu
Xəbər Lenti
Bu gün Pasxa bayramıdır
20-04-2025, 09:16

Bu gün Pasxa bayramıdır

2 yaşlı uşaq evdə öldü
19-04-2025, 09:42

2 yaşlı uşaq evdə öldü

Tramp tarixə düşdü
19-04-2025, 09:29

Tramp tarixə düşdü

22 Nis 10:55Manşet / Gündəm / Kriminal

"Avant Group" ağacları kəsib, 100 min ziyan vurub - Cinayət işi başlandı

Yasamal rayonunda ağaclar kəsilib.
Milli.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu  Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında "Avant Group" tikinti şirkəti tərəfindən ağaclar qanunsuz formada kəsilib və təbiətə 117 060 manat məbləğində ziyan vurulub.
Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılıb.
Müəyyən olunub ki,  ağaclar sözügedən şirkət tərəfindən kəsilib və təbiətə 100 min manatdan artıq ziyan vurulub.
Faktla bağlı cinayət işi başlanıb. 
Qeyd edək ki, daha əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən faktla bağlı akt tərtib edilmişdi.