III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana istinadən “Armenpress” yayıb.
Bildirilib ki, Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat hesab edir.
“Baş nazir bu cür təcrübəni tənqid edir, bu addımı məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılması, hökumət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat və təhrikedici xarakterli addımdır”, - deyə Baqdasaryan bildirib.
Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb. Belə ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.