Xəbər Lenti
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 09:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 18:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
3-10-2026, 10:06
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
2-10-2026, 15:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
ABŞ-la Ukrayna arasında sülh sazişi şərtləri ilə bağlı ciddi fikir ayrılıqları var - CNN

ABŞ-la Ukrayna arasında müharibənin dayandırılması üzrə saziş şərtləri ilə bağlı ciddi fikir ayrılıqları var.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Ukrayna hökumətinə yaxın mənbəyə və hər iki müharibə dayandırılması planı ilə tanış olan şəxsə istinadən yazır.
Vaşinqtonla Kiyev arasında əsas mübahisə mövzuları Ukraynaya təhlükəsizlik zəmanətləri və ABŞ-ın Krımın statusuna münasibəti olaraq qalır.
Ukrayna tərəfi təhlükəsizlik zəmanətlərini yalnız Avropa tərəfdaşlarından deyil, həm də ABŞ-dan almağa çalışır. Halbuki ABŞ-ın ilkin mövqeyinə görə əsas zəmanətlərin yalnız Avropadan verilməsi nəzərdə tutulurdu. Kiyevdə isə xüsusilə ABŞ tərəfindən Rusiyanın Krım üzərində nəzarətinin tanınması ideyasına qarşı kəskin etiraz edilir — ukraynalılar belə bir mövqeyi qətiyyətlə rədd edirlər. Bundan əlavə, Ukrayna 2022-ci ildəki genişmiqyaslı işğaldan sonra Rusiya tərəfindən ələ keçirilən ərazilərin statusu məsələsinin də müzakirə olunmasında israr edir.
Ukrayna tərəfinin əks-təklifi, hansı ki, Fransa, Böyük Britaniya və Almaniya tərəfindən də dəstəklənib, ABŞ prezidenti Donald Trampın Ukraynadakı baş nümayəndəsi Kit Kelloqa təqdim olunub.
Sənəddə açıq şəkildə göstərilir ki, ilk addım atəşkəsin təmin edilməsi olmalıdır. CNN-in qeyd etdiyinə görə, "hər iki tərəfin tam və qeyd-şərtsiz atəşkəs öhdəliyi götürməsi təklifin üst hissəsində qeyd olunub".
Eyni zamanda, Ukrayna ABŞ-ın ilkin təklifindəki bəzi müddəalarla razılaşıb. Bunlara müharibənin dayandırılması müqabilində 2014-cü ildən Rusiyaya tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvi, NATO-ya üzvlükdən imtina, cəbhə xəttinin dondurulması, habelə Zaporojye AES-i ətrafındakı ərazilər üzərində Ukrayna nəzarətinin bərpası daxildir.
Tərəflər hələ tam razılığa gəlməsələr də, Ukraynanın danışıqlara doğru atdığı addımlar əhəmiyyətli hesab olunur.
Mənbə bildirib: "Ukraynanın ərazi məsələləri ilə bağlı müzakirələrdə iştirak etməyə hazır olması böyük güzəştdir, amma əgər Tramp bunu böyük güzəşt hesab etmirsə, bu problemdir".
Bundan əvvəl, cümə günü Trampın elçisi Stiv Uitkof Rusiya prezidenti Vladimir Putinlə görüşüb, bundan sonra Kremlin yaydığı məlumata görə, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar məsələsi müzakirə olunub.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, yaxın günlərdə Ukraynaya sakitlik gətirə biləcək vacib görüşlər baş tuta bilər. Onun sözlərinə görə, Kremlin "ya ABŞ-ın atəşkəs və sülhə doğru irəliləyiş təklifini, ya da bizim — hər hansı real işləyə biləcək və tam, dərhal və qeyd-şərtsiz atəşkəsi təmin edəcək təklifimizi" qəbul etməsi üçün Rusiyaya təzyiq göstərmək lazımdır.
"The Times” qəzeti öz məlumatına istinadən yazır ki, Tramp artıq gələn həftə razılaşma əldə olunmasa, Ukraynada sülh nizamlanması prosesindən çıxmaqla hədələyir. Həmçinin qeyd olunur ki, Tramp Rusiyaya işğal etdiyi əraziləri saxlamağa icazə vermək niyyətində qətiyyətlidir.
Alpər























































