DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
“Tuana Estetik Mərkəzi”ndə fəaliyyət göstərən estetik həkim Esmira İbrahimli barəsində ciddi ittihamlar səsləndirilir... ŞİKAYƏT
Polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlıq istədi - Sonra fikrini dəyişdi
Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məşhur polkovnik 3 il 3 ay həbs müddətinin yarıdan çoxunu çəkdiyindən cəzasının qalan 8 ayının şərti hesab olunmasını xahiş edib.
Bu məqsədlə o, Xəzər Rayon Məhkəməsinə müraciət edib.
Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürüb. Onun ərizəyə dəyişiklik etmək və ya cəza növünün dəyişdirilməsi üçün digər şərtləri ödəmədiyi səbəbindən bu addımı atdığı ehtimal olunur.
Qeyd edək ki, Zaur Mirzəyev Ali Məhkəmənin yekun qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin iş üzrə videolarda yer alan qadınlardan birinə 4 min manat təzminat ödənilməsi barədə qərar isə qüvvədə saxlanılıb.