Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
HƏR ZAMAN ZİRVƏDƏ OLAN DAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV !
Heydər Əliyev ömrünün 81-ci ilində dünyasını dəyişdi. Millət və dövlətə xidmətə həsr olunmuş mənalı bir ömür başa çatdı. Bu, mürəkkəb, enişli və yoxuşlu, fərəhli anları ilə yanaşı, uğursuzluq zolaqlarından da xali olmayan illər olub. Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salıb çox məqamları vurğulamaq mümkündür.
Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.
Bu, çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən böyük simalarının, fikir və mülahizələri ilə dünyanın hesablaşdığı politoloqların gəldiyi yekdil və dəqiq qənaətdir. Zənnimizcə, bu qənaətin əlavə şərhə, izahata ehtiyacı yoxdur. Hələ 34 il öncə Heydər Əliyevin sovet Azərbaycanının partiya təşkilatının rəhbəri seçilməsi də, sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına və şəxsi-intellektual imkanlarına o vaxtkı mərkəz, Kreml tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Lakin burada bir məqamı vurğulamaq vacibdir. Heydər Əliyev bu qiymət və etimadın müqabilində, sadəcə, Moskvanın təlimat və göstərişlərini həyata keçirən adi partiya funksionerinə çevrilmədi. Hərçənd, Kreml "mətbəxindən" bütün müttəfiq respublikalara ünvanlanan instruksiya məhz bu cür siyasi idarəçilik və texnologiyanı nəzərdə tuturdu. Heydər Əliyev sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını Azərbaycanın (müttəfiq respublika statusunun bəlli çərçivələri içində olsa da) rifahı, onun gələcəyi və strateji maraqlarına transformasiya etməyi bacaran bir lider oldu.
Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bircə faktı qeyd etməklə kifayətlənmək istərdim. Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 30 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi.
Təkcə bir məqamı xatırlamaq yetər ki, o vaxtlar SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış qərarına görə, ali hərbi məktəblər, əsasən, Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi. "Bunları görəndə, düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabər hüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Və nəticədə bu məktəbi yarada bildik... Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm" - Heydər Əliyev bu sözləri 2003-cü il aprelin 21-də, "Respublika" sarayında Naxçıvanski adına məktəbin yubileyində çıxış edərkən bəyan etmişdi. Bəli, həmin məşum gün. Heydər Əliyev 30 il öncə təməlini atdığı bu məktəbin yubiley təntənəsində iştirak etməkdən böyük iftixar hissi keçirirdi. Onun bu iftixara, fərəhə tam haqqı vardı. Çünki Heydər Əliyevin 30 il öncə atdığı cəsarətli addımın müstəqil Azərbaycan dövlətçiliyi üçün nə qədər tarixi əhəmiyyət daşıdığını tarix özü sübut etmişdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə tarix tərəfindən adekvat qiymətini alan (və alacaq) neçə-neçə belə cəsarətli addımlar atıb. Heydər Əliyevin 20 il, 30 il öncə atdığı uzaqgörən addımların Azərbaycanın gələcək inkişafına nə qədər dəqiq hesablandığını bizlər sonralar, Azərbaycan müstəqillik qazanandan sonra gördük və dərk etdik. Azərbaycanın zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz o illərdə yaranırdı. Heydər Əliyev sovet idarəçilik prinsiplərindən və iqtisadi sistemindən maksimum istifadə edərək Azərbaycanın, hətta ittifaq dövlətinin tərkibində belə, güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı.
Heydər Əliyev realist siyasətçi idi. Onun siyasi və idarəçilik prinsiplərinə romantizm və xülyaçılıq yad idi. Qəbul etdiyi qərarlar ilk baxışdan qeyri-populyar görünə bilərdi (məsələn, 1994-cü ildə atəşkəsin əldə edilməsi), lakin bu, son nəticədə düzgün və bütün reallıqları nəzərə alan ən optimal qərar olurdu. Heydər Əliyev xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı. Heydər Əliyevin opponentlərinin ona ünvanladıqları iradlar daha çox Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı idi. Bəziləri Heydər Əliyevi qeyri-effektiv siyasətdə, güzəşt və kompromislərə meylli olmaqda ittiham edirdilər. Və bu ittihamın müəllifləri o kəslər idi ki, effektli siyasət dedikdə hay-küy, meydançılıq və asıb-kəsmə ilə danışmağı nəzərdə tuturdular. Heydər Əliyev isə populizmdən hər zaman uzaq olub. Populistlərdən fərqli olaraq o mürəkkəbliyi hamıya bəlli olan bu problemin çözülməsi üçün ardıcıl və aramsız siyasət aparıb. Bu siyəsət kəmhövsələ qafaları qane etməyə bilərdi. Amma onun ilk addımından uğura hesablandığı və həmin uğurun da mütləq gerçəkləşəcəyi kimsədə şübhə doğurmasın.
Adətən, böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi və həm də bu missiyadan kənarda olduğu dövrlərə qiymət verərkən birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından lazımdır. Heydər Əliyev siyasəti tarazlı siyasətdir, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, cəmiyyətdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Orta statistik azərbaycanlı Heydər Əliyevin simasında ümummilli liderə məxsus bütün keyfiyyətləri — rasionalizm və müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluğu görürdü.
Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək gənc lider, sınanmış dövlət komandası və aydın strategiya var.
Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq — bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.
Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir, onu o dövrdə də tərif, mədhiyyə, tənqid atəşinə tutublar, indi də, bunlar heç nəyi dəyişməyib, dəyişməyən amalı, əqidəsi və mənəviyyatı imkan verməyib.
Otuz ildən artıqdır ki, Heydər Əliyev cənabları sənin, mənim, onun - Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyevin ən böyük fəxri, qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthiylə o, xalqının qəlbində əbədi yaşayacaq - bugünkü nəslin də, sabahkı nəslin də.
Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.
O, ömrünün 81-ci ilində - müdriklik, ağsaqqallıq zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, hər birimiz Azərbaycanın sabahını düşünərək həmin zirvənin işığında addımlamağı bacaraq.
10 may Azərbaycan tarixində sadəcə bir doğum günü deyil, bu, böyük bir liderin millətinə bağışlandığı gündür.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusu və qoruyucusu kimi xalqın qəlbində dərin iz buraxıb. Onun doğum günü hər il ehtiramla qeyd olunur və gənc nəsil üçün vətənpərvərlik dərsi rolunu oynayır. Onun xidmətlərini bir neçə istiqamətdə xatırlamaq olar. Əvvəla, Ulu Öndər 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. O, həmdə milli həmrəyliyi təmin etdi. İkincisi, Azərbaycanın müstəqil enerji siyasətinin əsasını qoydu və ölkənin beynəlxalq nüfuzunu artırdı. Heydər Əliyevin ən böyük xidməti Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və onu möhkəmləndirmək olub. 1993-cü ildə ölkədə dərin siyasi və iqtisadi böhran var idi. Onun hakimiyyətə qayıdışı ilə sabitlik bərpa olundu və dövlətçiliyin əsasları qoyuldu. Heydər Əliyev dövründə Azərbaycan iqtisadiyyatı yenidən qurulmağa başladı. Ən mühüm addımlardan biri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” idi. Bu müqavilə vasitəsilə ölkəyə xarici sərmayələr cəlb olundu və neft sənayesinin inkişafı təmin edildi. Bu, həm də Azərbaycanın dünya arenasına çıxışını sürətləndirdi. Dövlətin təhlüsəsizliyinin əsas təminatçısı olan ordu o dövrdə tamamilə nizamsız vəziyyətdə idi. Heydər Əliyev peşəkar ordu quruculuğuna başladı, silahlı qüvvələrdə islahatlar həyata keçirdi.
Bu gün Azərbaycan ordusunun güclü olması həmin dövrdə atılan təməl addımların nəticəsidir. O, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verirdi. Təhsil sistemində islahatlar aparıldı, xaricdə təhsil proqramlarının əsası qoyuldu.
Bu gün minlərlə azərbaycanlı gəncin dünyada tanınmış universitetlərdə təhsil alması o siyasətin davamıdır. Onun mirası təkcə siyasi deyil, həm də mənəvi bir irsdir. Azərbaycan dövlətinin müstəqil və güclü olması üçün qoyduğu təməllər bu gün də davam etdirilir. O, sadəcə siyasi lider deyil, xalqın yaddaşında əbədi qalacaq örnək insandır. Hər il bu tarixdə Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət olunur, ölkənin hər yerində, Heydər Əliyev Mərkəzlərində tədbirlər, konfranslar, ədəbi-bədii gecələr təşkil olunur. Məktəblilər və tələbələr onun həyat və fəaliyyətini daha dərindən öyrənir, müxtəlif inşa və esse müsabiqələri keçirilir. O, daim gənclərə güvənirdi. “Gənclər bizim gələcəyimizdir” – deyirdi. Bu gün də onun ideyaları əsasında gənclərin inkişafı, təhsili və dövlət quruculuğunda iştirakı üçün geniş imkanlar yaradılıb. 10 may, eyni zamanda, gənclərin liderlik nümunəsini tanıdığı bir gündür. 10 may – təkcə bir tarix deyil, milli yaddaş günüdür. Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Onun ideyaları bu gün də yaşayır və gələcək nəsillərə yol göstərir. Bu gün biz azərbaycanlı olaraq çox qürürluyuq dünyanın hər yerində öz kimliyimizlə fəxr edirik. Bu qüruru bizə yaşadan ümummilli lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin davam etdirdiyi siyasi xətdir.
Onun “mən fəxr edirəmki mən azərbaycanlıyam”,-devizi hər birimizin həyat fəlsəfəsidir.
Heydər Əliyev Azərbaycan tarixində və xalqımızın qəlbində daim yaşayacaq…
Mirəşrəf Fətiyev
Moskva şəhər Yaşıllaşdırma İdarəsinin - "Moszlenstroy" QSC-nin baş direktoru
Moskvanın fəxri memarı
İqtisad elmləri doktoru |