Xəbər Lenti
Dün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
29-06-2026, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
14 May 06:41Manşet / Şou-biznes
“Kızılcık Şerbeti”ndə sürpriz ayrılıqlar

Türkiyənin məşhur seriallarından olan “Kızılcık Şerbeti”nin mövsüm finalı öncəsi aktyor heyətində diqqətçəkən dəyişikliklər yaşanacaq.
“Qafqazinfo”nun məlumatına görə, serialda “İlhami hoca” obrazını canlandıran Fatih Gühan və “İlhami”nin atası “Ülvi”yə həyat verən Hamdi Alkan layihə ilə vidalaşacaq.
Belə ki, mayın 22-də yayımlanacaq mövsüm finalında baş verəcək hadisələr serialın hekayə xəttində ciddi dəyişikliklərə səbəb olacaq.
Bundan başqa, “Salkım xanım” obrazının taleyi ilə bağlı mühüm hadisənin də final bölümünə damğa vuracağı bildirilir.
Serialdan daha bir aktyorun ayrılacağı qeyd olunsa da, həmin şəxsin adı hələlik açıqlanmayıb.
Qeyd edək ki, “Kızılcık Şerbeti” son illərdə Türkiyədə ən çox izlənilən layihələrdən biri hesab olunur.




















































