Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

25 May 10:50Manşet / Gündəm / Siyasət

Azərbaycan Prezidenti İordaniya kralına təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İordaniya kralına təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".