Menu
Xəbər Lenti
Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

01 Haz 10:09Manşet / Gündəm

“Azərişıq” Ağdamda Uşaqlar Günü ilə bağlı tədbir keçirdi

 

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Azərişıq” ASC-nin Mülki Müdafiə Qərargahı Ağdamda maarifləndirici tədbir təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdamda inşa edilmiş Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində “Fövqəladə hadisə zamanı davranış qaydaları və ilkin tibbi yardım” mövzusunda keçirilən təlimdə Quzanlı qəsəbə tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Məktəblilər “Qəza və yanğınlar zamanı təhlükəsizlik qaydalarına əməl olunması”, “Təxirəsalınmaz ilkin tibbi yardım” mövzularında maarifləndirilib. Elektrik naqilləri və avadanlıqları, sürpriz minalarla davranış qaydaları, yanğınsöndürmə balonlarından, əleyhqazlardan, əl altında olan digər əşyalardan istifadə, yaraların sarınması və yaralıların təhlükəsiz əraziyə təxliyə qaydaları öyrədilib. Təlimdə mülki müdafiə stendi və xilasetmə vəsaitləri də nümayiş etdirilib. Şagirdlər fərdi mühafizə vasitələri ilə tanış olub. İştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və bukletlər təqdim edilib.

Tədbirin ikinci hissəsində şərti təlim keçirilib. İştirakçılar 10 kV-luq KTM yaxınlığında şərti qəzanın qarşısını almağa çalışıblar.

Sonda təlim içtirakçılarına diplomlar təqdim olunub. Tədbirin yekununda şagirdlər həmyaşıdlarına müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar. Sülhün rəmzi olan ağ göyərçinləri işğaldan azad olunan Ağdamın səmalarına buraxıblar.

“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin bütün regionlarında maarifləndirici tədbirləri davam etdirir.