Xəbər Lenti
Dün, 16:48
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
1-06-2025, 17:40
İmişli rayonunda 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
1-06-2025, 10:33
Mikayıl Cabbarov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
1-06-2025, 10:31
"Cahan" Şirkətlər Qrupu 1 İyun Uşaqlar Günündə şəhid ailələrinin övladlarını unutmadı
30-05-2025, 10:53
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib. AZ/RUS
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Şamaxıda yeni parkın açılışı olub
Hər il ölkəmizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif tədbirlərlə qeyd olunur. Bu əlamətdar gün, uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, sosial rifahının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətin uşaq siyasətində əsas prioritetlərdən biri də uşaqlara diqqət və qayğının artırılması, onların həyat keyfiyyətinin yüksəldilməsidir.
Bu münasibətlə Şamaxı rayonunda da anlamlı bir addım atılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxı rayonunun Pirsaat yaşayış massivində yeni parkın açılışı həyata keçirilib.
Açılış mərasimində çıxış edən AAYDA-nın strukturuna daxil olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallı bildirib ki, parkın salınmasında əsas məqsəd uşaqlar üçün rahat, təhlükəsiz və cəlbedici mühitin yaradılmasıdır. Onun sözlərinə görə, əraziyə müasir standartlara uyğun çəpər çəkilib, işıqlandırma sistemi qurulub və müxtəlif yaşıllaşdırma işləri aparılıb. Park ərazisində çoxsaylı ağac və gül kolları əkilib, uşaqların əylənməsi və sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Nazim Eynallı çıxışında həmçinin vurğulayıb ki, bu park təkcə bir istirahət məkanı deyil, həm də gələcək nəslin rifahına göstərilən qayğının bariz nümunəsidir:
“Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin bizə əmanətidir. Elə bizim idarəmiz də Ulu Öndərin ötən əsrin 70-ci illərində rəhbərliyi dövründə inşa edilib. Bu gün fəaliyyət göstərdiyimiz idarə və gördüyümüz hər bir iş Şamaxı sakinlərinə və gələcək nəsillərə Ulu Öndərdən əmanətdir.”
Parkın açılışı sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Onlar bu təşəbbüsə görə minnətdarlıqlarını bildirərək, uşaqlar üçün yaradılan şəraitin onların xoşbəxt gələcəyinə verilən dəyərin göstəricisi olduğunu qeyd ediblər.
AzadMedia.az xəbər verir ki, parkın yaradılması bölgədə ekoloji tarazlığın qorunması, abadlıq işlərinin genişləndirilməsi və xüsusilə uşaqların fiziki və mənəvi inkişafına töhfə verəcək mühüm layihələrdən biri kimi qiymətləndirilir.