Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
İsrail İranın göndərdiyi dron və raketlərlə bağlı nəticələri açıqladı
İsrailin Silahlı Qüvvələri, İranın cavab zərbəsi çərçivəsində göndərdiyi bütün dronların və ballistik raketlərin qarşılandığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin "Ynet2 xəbər portalı məlumat yayıb.
İsrailin verdiyi rəsmi məlumata görə:
* Ümumilikdə təxminən 100 pilotsuz uçuş aparatı (PUA) havaya buraxılıb.
* Hamısı İsrail hava məkanına çatmadan zərərsizləşdirilib.
* Bu səbəbdən ölkə əhalisinə həyəcan siqnalının ləğv edildiyi bildirilib və sığınacaqlardan çıxmağa icazə verilib.
"Artıq qorunma məntəqələrinin yaxınlığında qalmağa ehtiyac yoxdur”, – deyə İsrailin Arxa Cəbhə Komandanlığı açıqlama yayıb.
İsrail ordusunun sözçüsü Effi Defrinin sözlərinə görə:
Gecə bombardmanlarında 200 hərbi təyyarə iştirak edib.
İranda 100-dən çox hədəfə zərbələr endirilib.
Əsas hədəf Natanz yaxınlığındakı uran zənginləşdirmə obyekti olub. Bu obyektin uzun illərdir nüvə silahı əldə etmək məqsədi ilə fəaliyyət göstərdiyi iddia olunub.
İsrail hökuməti həmçinin İranın yüksək rütbəli hərbi rəhbərlərinin öldürüldüyünü təsdiqləyib.
İsrail ordusunun qiymətləndirməsinə görə, İranla müharibə bir neçə həftə davam edə bilər.
Alpər






















































