Xəbər Lenti
Dün, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
20-05-2026, 14:52
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
18-05-2026, 19:46
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Makron Ukrayna müharibəsi ilə bağlı Trampa müraciət etdi
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın keçmiş prezidenti Donald Trampı Ukraynada sülhün bərqərar olunması üçün öz təsir imkanlarından istifadə etməyə çağırıb.
Qaynarinfo "Politico”ya istinadla xəbər verir ki, Qrenlandiyaya səfəri zamanı Makron, Trampın vəziyyətə, o cümlədən Rusiyaya qarşı daha sərt sanksiyaları dəstəkləməklə təsir edə biləcəyini bəyan edib.
"Fikrimcə, əsas sual budur: əgər Moskva ABŞ-ın təklif etdiyi atəşkəsi yerinə yetirməsə, prezident Tramp Rusiyaya qarşı daha sərt sanksiyaları tətbiq etməyə hazır olacaqmı?” – deyə Makron bildirib.
O, həmçinin qeyd edib ki, G7 sammitinin səyləri də "tezliklə atəşkəsə nail olunmasına” yönəlməlidir.
Makron əlavə edib ki, Tramp İsraillə İran arasında eskalasiyanın azaldılmasında da əsas rol oynaya bilər.
"Bu məsələdə də ABŞ-ın bütün tərəfləri danışıqlar masasına qaytarmaq üçün real imkanı var”, – deyə Fransa prezidenti bildirib.
Makronun sözlərinə görə, "İsrailin Amerika silah və sursatından asılılığı ABŞ-a danışıqlar aparmaq imkanı yaradır”.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitində senator Lindsi Qremin sanksiyalar paketini Donald Trampla müzakirə etmək istədiyini açıqlamışdı.
"Axios” nəşrinin məlumatına görə, Donald Trampın Kanadada keçiriləcək G7 sammitində Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığı bildirilir.
Alpər





















































