Xəbər Lenti
29-09-2026, 16:41
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
29-09-2026, 16:14
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27-09-2026, 19:06
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Makron Aİ sammitində Ukraynada sülhməramlı missiya məsələsini qaldıracaq

Fransa Prezidenti Emmanuel Makron 18-19 dekabr tarixlərində keçiriləcək Avropa İttifaqı liderləri sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi toplantıda, Ukrayna ərazisində sülhməramlı missiyanın yerləşdirilməsi məsələsini müzakirəyə çıxaracaq. Bu, atəşkəs və Ukrayna ilə Rusiya arasında sülh əldə edildikdən sonra baş verə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa diplomatı bildirib, məlumat isə Azadlıq Radiosu tərəfindən yayımlanıb.
Bildirilir ki, bir çox rəsmilər, o cümlədən Avropa İttifaqının yeni ali diplomatı Kaya Kallas bu müzakirələrin vaxtından əvvəl olduğunu söyləyirlər. Lakin məqalənin mənbəsinə görə, bu müzakirələr, xüsusilə Fransa prezidentinin Polşaya səfəri və KİV-lərdə sülhməramlılarla bağlı müzakirələr fonunda qaçılmazdır. Həmçinin ABŞ-da Donald Trampın hakimiyyətə qayıtması perspektivi və onunla Ukrayna müharibəsi barədə müzakirələrə hazırlıq zərurəti də nəzərə alınır.
Alpər























































