Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
“Ukraynanın NATO-da yeri varmı?”
“Ukraynanın NATO-ya dəvət edilməsi və alyansa gələcək üzvlüyü sülh yolunda real addımlar ola bilər. Bu, Avropanı maraqlandırmalıdır”.
“Qafqazinfo” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyada Ukrayna-Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı deyib.
“Ukraynanın NATO-da yeri varmı? Əgər bu, lazımi qaydada təsdiqlənərsə, Rusiya Avropanın sərhədləri, müstəqil dövlətləri və hər birinin öz gələcəyini seçmək hüququna malik olduğunu qəbul etməlidir”, - deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın bu reallığı qəbul etməsi yalnız Ukraynaya qarşı bir daha Rusiya tərəfindən müharibənin edilməyəcəyini anlamaqdan başlaya bilər.