Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

25 Haz 13:10Manşet / Kriminal

Türkiyədəki arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi - Həbs edildi

turkiyedeki-arvadini-bicaqlayib-bakida-yeniden-evlenmisdi

Türkiyədə arvadını bıçaqlamaqda və onunla gizli münasibətdə olan şəxsi qətlə yetirməkdə ittiham olunan Can İlker Behlül Bakıda həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə hüquq-mühafizə orqanları Can İlker Behlülün Azərbaycanda gizləndiyini müəyyən edərək onun ekstradisiyası üçün rəsmi müraciət edib.

Ədliyyə Nazirliyinin nümayəndəsi tərəfindən ağır cinayətdə təqsirləndirilən şəxsin Türkiyəyə təhvil verilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət olunub.

Məhkəmə baxışı zamanı məlum olub ki, Can İlker Behlül Bakıda yenidən ailə həyatı qurub və bir övladı var. O, özünü təqsirli bilmədiyini deyib, ekstradisiyaya etiraz edib. Lakin məhkəmə Ədliyyə Nazirliyinin təqdim etdiyi sübutları əsaslı hesab edib. Qərara əsaasən, Can İlker Behlül Türkiyəyə ekstradisiya edilib.

Sail Ağasəlim