Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun əziz xatirəsinə: Hüquq müdafiəçisindən Vətən fədaisinə uzanan bir ömür
Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri arasında görüş keçirilib
Ankarada Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında görüş baş tutub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, rəsmi dəvətlisi olaraq Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevi hərbi təntənə ilə qarşılayıb.
Rəsmi qarşılanma mərasimindən sonra hər iki ölkənin hərbi rəhbərləri Türkiyə Baş Qərargahında görüş keçiriblər.
Xatırladaq ki, iyunun 26-da general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb. Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində "Sülhün Müdafiəçisi - 2025" beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində "Anadolu Qartalı - 2025" beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb. Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.