Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 09:24

“Azeri Light” bahalaşdı

30 Haz 08:17Manşet / Kriminal

“Saxla” əmrinə tabe olmayıb polisə bıçaqla müqavimət göstərdi - Zərərsizləşdirildi

saxla-emrine-tabe-olmayib-polise-bicaqla-muqavimet-gosterdi

İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb.

Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.

Fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri görülür.