Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Bakıda uşağı girov götürən şəxs zərərsizləşdirildi
Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşaq girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib.
Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.