Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Daha iki boksçumuz dünya kubokunun yarımfinalında

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin daha 2 boksçusu bu mərhələni qələbə ilə bitirib.
Yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.
Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.
Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən boksçularımız final uğrunda görüşə iyulun 5-də rinqə çıxacaqlar.





















































