Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Azərbaycan boksçusu Avropa kubokunun 1/4 finalında

Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasının saytı xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.
Döyüş İsgəndərovun xeyrinə yekunlaşıb. O, 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 Azərbaycan boksçusu rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5) Lounes Hamraoui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kq) Aleksey Alfiorovla (Belarus) döyüşəcək.






















































