Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Xətaidə “Dahi” adlı konsert keçirildi
Xətai rayonunda iyulun 14-də Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Dahi” adlı konsert proqramı təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev parkında amfiteatr səhnəsində keçirilən konsertdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə parkda təşkil olunmuş, Ulu Öndərin portretləri əks olunan ipək xalça sərgisinə tamaşa ediblər.
Daha sonra tanınmış incəsənət ustaları Ulu Öndərə həsr edilmiş musiqiləri tamaşaçılara təqdim ediblər.
Sonda atəşfəşanlıq olub.





























































