Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

16 Tem 09:59Manşet / Mədəniyyət

Pınar Kür vəfat etdi

pinar-kur-vefat-etdi

Türkiyənin Azərbaycan əsilli məşhur yazıçısı Pınar Kür vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 82 yaşlı yazıçı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Pınar Kür Azərbaycan Cümhuriyyətinin qurucularından olan, Cümhuriyyət dövründə daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışmış Şəfi bəy Rüstəmbəylinin qardaşı nəvəsidir.

Atası Bəhram Kür Şəfi bəy Türkiyədə siyasi mühacir həyatı yaşadığı illərdə əmisinin yanına gedib və yazıçı İsmət Kürlə evliliyindən Pınar xanım dünyaya gəlib.

Şəfi bəy Rüstəmbəyli də 1960-cı ildə İstanbulda vəfat edib və orada dəfn edilib.

Pınar Kür təhsilini ABŞ və Fransada almışdı. O, müasir Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən biri hesab edilir.