Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları daha bir azərbaycanlını saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub.
Qeyd olunub ki, Elvin Şükurov Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerləşən saxta alkoqol istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexdə işləyirmiş.
Rosqvardiya əməkdaşları Sverdlovsk Daxili İşlər Baş İdarəsinin dəstəyi ilə həmin obyektin fəaliyyətini dayandırıblar. E.Şükorov isə istintaq təcridxanasına göndərilib.
“Kommersant” qəzetinin məlumatına görə, Yekaterinburqda azərbaycanlılardan ibarət etnik qruplaşmanın üzvləri saxta alkoqolun tədarükündə şübhəli bilinir.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın etmişdilər. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülmüş, bir neçə nəfər isə saxlanılmışdı.






















































