Menu
Xəbər Lenti
Bu rayonlara yağış yağıb
22-07-2025, 09:57

Bu rayonlara yağış yağıb

24 Tem 11:02Manşet / Gündəm

Ağ Evi tərk etsə də, şirkətinin maliyyə çöküşü davam edir

 

Elektrikli avtomobil nəhəngi “Tesla” 2025-ci ilin ikinci rübündə gəlir və mənfəətində azalma olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, şirkətin ardıcıl iki rübdür maliyyə nəticələrinin mənfi olması sahibi İlon Maskın siyasi mövqeyinin yaratdığı mübahisələrdən sonra markanın nüfuz itkisi ilə əlaqələndirilir.

“Tesla” aprel-iyun aylarını əhatə edən üçaylıq dövrdə 22,5 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalma deməkdir. Hər səhmə düşən mənfəət isə 40 sent olub ki, bu da illik əsasda 23%-lik azalmanı göstərir.

Bu göstəricilər isə “Wall Street” analitiklərinin gözlədiyi 22,74 milyard dollar gəlir və 43 sentlik mənfəət proqnozunun altında qalıb.

Xatırladaq ki, iyunun 5-də ABŞ Prezidenti Donald Trampla İlon Mask sosial şəbəkələrdə bir-biri barədə kəskin tənqidlər paylaşıb. Belə ki, milyarder Trampın onun dəstəyi olmadan 2024-cü ilin noyabrındakı prezident seçkilərində qalib gələ bilməyəcəyini iddia edib, Trampa qarşı impiçment elan edilməsi ideyasını dəstəkləyib, Ağ Evin dövlət xərclərinin azaldılması barədə qanun layihəsini, eləcə də prezidentin elan etdiyi idxal rüsumlarını tənqid edib. Tramp isə öz növbəsində Maskın ağlını itirdiyini, onun Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etdiyi zaman vəzifələrini layiqincə yerinə yetirmədiyini deyib.