Xəbər Lenti
2-01-2025, 13:43
Vətəndaşlara küllü miqdarda ziyan vuran dələduzlar Məhəmmədəli və Xəyal sevgili olublar
1-01-2025, 10:31
Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
31-12-2024, 08:47
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə paylaşım etdi (FOTO)
31-12-2024, 08:43
Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
2024-cü ilin ən çox qazananları: Sərvətini 213 milyard dollar artırdı
2024-cü ilin ən çox qazanan milyarderi İlon Mask olub. Onun sərvəti 213 milyard dollar artaraq 442 milyard dollara çatıb.
Qaynarinfo xəbər verir ki, Maskın bu uğurunda "Tesla"nın səhmlərinin Donald Trampın prezident seçilməsi ilə yüksəlməsi mühüm rol oynayıb.
Maskın baş direktoru olduğu "Tesla" 2024-cü ildə səhmlərini 70%-dən çox artırıb. Trampın elektrikli avtomobillərə dəstək siyasəti bu artımda əsas amil olub. Bundan əlavə, "SpaceX"in 350 milyard dollar dəyərə çatması və Maskın süni intellekt şirkəti "xAI"-dən əldə etdiyi gəlirlər onun qazancını artırıb.
"Meta"nın rəhbəri Mark Zukerberq 2024-cü ildə 89 milyard dollar qazanaraq sərvətini 209 milyard dollara çatdırıb. Şirkətin süni intellektə sərmayələri və reklam gəlirlərinin artması "Meta" səhmlərinin 70%-lik yüksəlişinə səbəb olub.
2024-cü ilin üçüncü ən çox qazananı Tayvan əsilli amerikalı Yensen Huanq olub. "Nvida"nın süni intellektə artan tələbat səbəbilə səhmləri 200%-dən çox yüksəlib. Şirkətin bazar dəyəri 3,3 trilyon dollara çatıb və Huanq bu uğurdan 79 milyard dollar gəlir əldə edib.
"Oracle"ın rəhbəri Lerri Ellison 2024-cü ildə 70 milyard dollar qazanıb və sərvətini 193 milyard dollara çatdırıb. Şirkətin süni intellekt və bulud texnologiyalarına yatırımları onun qazancında əsas rol oynayıb.
"Amazon"un qurucusu Ceff Bezos bir ildə 63 milyard dollar qazanaraq sərvətini 241 milyard dollara yüksəldib. "Amazon" səhmləri də 40%-dən çox artıb.
Lüks istehlak məhsulları istehsal edən LVHM şirkətinin sahibi Bernard Arno bu il 31 milyard dollar itirib. Şirkətin "Dior" və "Louis Vuitton" kimi markaları Çin bazarındakı satışların azalması səbəbilə çətinliklərlə üzləşib.
Aydın