Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
“Qələbəmi əlimdən aldılar” - Final görüşündə dava düşən boksçumuz

Xəbər verdiyimiz kimi, Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatı zamanı qalmaqal yaşanıb.
Azərbaycanlı idmançı Yusif Ağakişiyevlə serbiyalı boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı baş verib komandamızın texniki direktoru Hamza Avezov hakim qərarlarına etiraz olaraq rinqə çıxıb.
O, hakimə hücum çəkib.
Boksçumuz Yusif Ağakişiyev “Qafqazinfo”ya açıqlamasında baş verən hadisədən danışıb:
“Final görüşündə yerli idmançı ilə üz-üzə gəlirdim. Rəqibimdən üstün idim və qızıl medal qazana bilərdim. Amma hakimlər başqa cür qərar verdilər. Mənə qarşı haqsızlıq oldu. Təmiz qələbəmi əlimdən aldılar. Məşqçim Həmzə Avezov buna dözmədi və rinqə daxil oldu. Nəticədə bu cür vəziyyət yarandı. Düşünürəm ki, hakimlərin bu cür qərarlarının səbəbi rəqibin yerli olması idi. Saxtakarlıq olundu, rəqib qələbə verildi”.
Y.Ağakişiyev etirazlara baxmayaraq hakimlərin heç bir cavab vermədiyini də sözlərinə əlavə edib: “Etiraz oldu, amma hakimlərdən heç bir cavab gəlmədi. Onlar verdikləri qərarı saxladılar. İlk dəfə idi bu cür halla rastlaşırdım. Bəzən boksda bu cür hallar olur. Yerli idmançılara güzəşt edilir”.
“Bilirsiniz ki, buna görə beynəlxalq federasiyalar tərəfindən diskvalifikasiya ala bilərsiniz?” sualına isə boksçu bu cür cavab verib: “Bu barədə heç nə bilmrəm”.






















































