Menu
Xəbər Lenti
Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

07 Ağu 10:47Manşet / Siyasət

Ordumuz Gürcüstanda təlimdə iştirak edir

 

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyədə icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.